Ağdam Rayon İcra Hakimiyyətinin başçısı video-konfrans keçirilib

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı video-konfrans keçirilib

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, aztəminatlı aiələrə verilən ərzaq yardımlarının paylanışına ciddi nəzarət edilməsi və digər məsələlərlə bağlı video-konfrans keçirib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, konfransda çıxış edən icra hakimiyyətinin başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışıb.

Qeyd edilib ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin xüsusi karantin rejimi qaydalarına riayət edilməsi ilə bağlı son qərarlarına ciddi əməl edilməsi vacib məsələ olaraq qalmaqdadır. İcra başçısı qəsəbə və kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə