"Sahibə Qafarovaya “hörmətli sədr” deyə müraciət olunsun" TƏKLİF

"Sahibə Qafarovaya “hörmətli sədr” deyə müraciət olunsun" TƏKLİF

“Təklif edirəm ki, parlamentin sədrinə “xanım sədr”, yaxud “hörmətli sədr” kimi müraciət formasını müəyyənləşdirək”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, “hörmətli sədr” ifadəsini daha doğru hesab edir: “"Xanım sədr" ifadəsi isə ingilis və rus dilindən götürülmədir".

Spiker Sahibə Qafarova isə bildirib ki, hərdən ona “cənab sədr” kimi də müraciət edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə