Türkiyə-Ermənistan əlaqələri və ermənilərin "soyqırımı" iddiaları ilə bağlı 9 min səhifəlik elmi əsər çap olunacaq

Türkiyə-Ermənistan əlaqələri və ermənilərin "soyqırımı" iddiaları ilə bağlı 9 min səhifəlik elmi əsər çap olunacaq

Ekspertlər və alimlərin iştirakı ilə Türkiyə-Ermənistan əlaqələri və ermənilərin "soyqırımı" iddiaları ilə bağlı təxminən 9 min səhifəlik elmi əsər çap olunacaq. SİA-nın məlumatına görə, Sakarya Universiteti ədəbiyyat fakültəsinin tarix bölümün müəllimi Enis Şahinin rəhbərliyi ilə hazırlanan əsər türk-Erməni əlaqələrinin dünəni, bu günü və gələcəyini əks etdirir və 12 cilddən ibarət olacaq. Keçən ilin 26 oktyabrında internet vasitəsilə 650 alim və ekspertə edilən müraciətdən sonra layihəyə 2 ayda 15-i xarici olmaqıa 190 alim 304 fərqli mövzuyla cavab verib. Əsərin bu ayın sonuna kimi çap olunaraq təqdimantının keçirilməsi nəzərdə tutulur.

 

Əsərdə qədim dövrlərdən etibarən erməni məsələsi və türklər, erməni məsələsinin ortaya çıxması, erməni-türk düşmənçiliyndə xarici missionerlərin rolu, erməni məsələsinin sosio-psixoloji təməlləri, İngiltərənin Asiya siyasətində ermənilərdən istifadəsi, Atatürkə qarşı yönələn erməni iddiaları, Lozanna müqaviləsi və müqavilədən sonra erməni problemi, türk və erməni ədəbiyyatları kimi müxtəlif mövzular yer alıb. E.Şahin Türkiyədə müxtəlif mövzularla bağlı xeyli sayda əsərin olmasına baxmayaraq erməni problemiylə əlaqədar ensiklopedik əsərin çap edilmədiyini söyləyib. Erməni məsələsinin Türkiyənin başını ağrıdan xarici siyasət problemlərindən olduğunu qeyd edən E.Şahin layihənin elan edildiyi ilk 6 gündə mövzu ilə bağlı 100-dən çox üçün müraciətin alındığını bildirib.

 

Təxminən min ildir ermənilər ilə türklərin bir arada yaşadığını, erməni məsələsinin böyük dövlətlər tərəfindən istiqamətləndirməsiylə son 150 ildə problem halına gəldiyini dilə gətirən türkiyəli alim bildirib ki, ermənilərdən onlara müraciət edən yoxdur: "Rusiya, Azərbaycan, Gürcüstan, Fransa və ABŞ-dan 15 alim müraciət edib. Bu sayın 25-30-a çıxacağını düşünürəm. Ümumilikdə 230 alim və ekspertin müraciət edəcəyini təxmin edirik. Türkiyədə erməni məsələsi ilə əlaqədar çoxlu kitablar var. Gücümüzü kollektiv hala gətirmək istəyirik. Hazırlayacağımız əsərin əsas mənbə olaraq istifadə ediləcəyinə ümid edirik. Hər 24 apreldə "soyqırım" sözünü işlədəcəkmi, ya işlətməyəcək deyə ABŞ prezidentlərinin ağzına baxırıq. Ermənilərin məsələni bu günə qədər daşıya bilməsinin əsas kökü onların uğurlu təbliğatıdır. Biz də təəssüf ki, ölkə olaraq bu mövzuda çox şey etmədik və edə bilmədik. 2015-ci il tarixinin ermənilər üçün böyük önəmi var".

 

E.Şahin bildirib ki, ermənilər "soyqırımı"nın 100-cü ilində 100 ölkə parlamentinə "türklər erməniləri qətl etmişdir" düşüncəsini qəbul etdirməyə çalışırlar: "İndiki halda bunu səssiz və dərindən icra edirlər. Hal-hazırda 21 ölkənin parlamentində qondarma soyqırım qəbul edilib. Qalan 4 ildə proseslərin ermənilərin nə qədər xeyrinə olsa belə 100 parlamentin belə axmaq bir qərara imza atacağını güman etmirəm. Məsələnin fərqli ölçüləri var. 1,5 milyon erməninin qətl edildiyindən bəhs edilir, amma 1878-ci ildən 1916-cı ilə qədər ermənilərin terror fəaliyyətləri nəticəsində həyatını itirən insanların sayı 2 milyondur".

Bütün xəbərlər Facebook səhifəmizdə