"Prezident tərəfindən vaxtında qəti tədbirlər görüldü" ÖZƏL-MÜNASİBƏT

"Prezident tərəfindən vaxtında qəti tədbirlər görüldü" ÖZƏL-MÜNASİBƏT

“Karantin rejiminin yüngülləşməsi və yaxud sərtləşməsi virusun yoluxma dinamikasından asılıdır”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda ilk dəfə fevral ayının 28-də aşkar olunan koronovirusun yayılmasının qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən qəti tədbirlər görüldü: “Nəticə göz qabağındadır. Pandemiya ümumbəşəri problem olduğuna görə, dünya ölkələri üçün bir növ imtahan, sınaq xarakteri daşıyırdı. Təcrübə göstərdi ki, hansı ölkədə ki, dövlətin təsir mexanizmi güclü oldu və qabaqlayıcı tədbirlər zamanında görüldü, o ölkələrdə virusun lokallaşdırılması, itkilərin az oması ilə nəticələndi. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan hərtərəfli təşkilati məsələlərin nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirlərini neytrallaşdırmaqla, bir çox ölkələrə nümunə göstərdi. Ancaq arxayınlaşmaq tezdir. Təhlükə tam sovuşmamışdır. Əgər zərurət yaranarsa, yəni yoluxma sayı artarsa yenidən sərtləşdirmə rejimi tətbiq oluna bilər. Ümid edək ki, vətəndaşlarımız sosial məsuliyyət nümayiş etdirər və buna ehtiyac olmaz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə