"Vətəndaşların Prezidentə müraciəti dövlətimizin qüdrətinin göstəricisidir" ÖZƏL-MÜNASİBƏT

"Vətəndaşların Prezidentə müraciəti dövlətimizin qüdrətinin göstəricisidir" ÖZƏL-MÜNASİBƏT

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri və Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında yaradılmış xüsusi Operativ Qərargah və Qərargahın aidiyyatı dövlət qurumlarının tövsiyyələrinin əsas məqsədi insanlarımızın, vətəndaşlarımızın sağlamlığı, virusun geniş yayılmaması və karantin rejimindən qısa bir zamanda tez normal həyata qayıdışın təminatından ibarətdir. Bu gün biz görürük ki, o dövlətlər hansılar ki, ÜST-nin tövsiyyələrini vaxtında icra etmədi, həmin dövlətlərdə bugünkü gündə həm yoluxanların, həm də ölənlərin sayı artmaqdadır". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, Operativ Qərargah tərəfindən aidiyyatı dövlət qurumlarına tövsiyyələr edilib ki, karantin rejimi cari ilin aprel ayının 27-dən etibarən nisbətən yumşaldılmaya doğru gedib: "Açıqlamalarda bildirilib ki, növbəti addımların nədən ibarət olacağı vəziyyətdən və vəziyyətin dəyişməsindən asılı olacaq. Böyük ehtimalla may ayının 4-dən sonra yoluxmaların sayı və pandemiyanın riskləri təhlil ediləcək və Operativ Qərargah tərəfindən növbəti qərar qəbul ediləcək. Birmənalı olaraq bu qərarlar vətəndaşın sağlamlığı nəzərə alınaraq qəbul edilir. Hər halda bizə görünən və bugünkü gün müşahidə olunan məqamlar ondan ibarətdir ki, yoluxma sayı ilə sağalanların sayının mütənasibliyində sağalanların sayında artım müşahidə olunur. Bu hələ o demək deyil ki, biz tam arxayınlaşmalıyıq. Əsla belə deyil. Narahatedici məqamlar həm də ondan ibarətdir ki, bu gün dünyadakı virusoloqlar və ÜST hələ pandemiyanın ikinci riskli dövrünün başlanılmasını ehtimal edir və bu məsələ təhlil edilir. Bu gün Azərbaycanda hansı sahələrə ki fəaliyyəti üçün icazə verilib orada olacaqlar şəxslər yenə də şəxsi gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Cəmiyyətimizin, vətəndaşlarımızın ölkə Prezidentinə müraciətləri də dövlətimizin qüdrətinin göstəricisidir. Hər birimizə bu Ramazan ayında sağlamlıq arzu edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə