Mais Səfərli: “Hamı bilir ki, Əli Kərimli ağ yalanlar danışır” MÖVQE
“Azərbaycanda qətiyyətli, demokratik islahatları aparılır. Bu islahatlar özündə yeni münasibətlər sistemini ehtiva edir ki, bu da cəmiyyətdə birliyin və bərabərliyin daha da möhkəmlənməsinə imkanlar yardır”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, iqtidar-müxalifət dialoqunun qurulması siyasi partiyalar arasında canlı təmasların yaranması deməkdir: “Ali Məhkəmənin “REAL” partiyasının sədri İlqar Məmmədov və həmin partiyanın idarə heyətinin üzvü Rauf Cəfərov haqqında bəraət qərarı verməsi ölkəmizdə qanunçuluğun qorunduğunun və məhkəmələrin müstəqil olduqlarının bariz sübutu sayıla bilər. Bu arada dövlət “Azadlıq” partiyasının sədri Əhməd Oruca və ailəsinə maddi dəstək göstərdi. Bundan öncə isə, Müsavatın keçmiş başqanı İsa Qəmbərin müalicəsini həyata keçirmişdir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın Prezidenti olduğunu göstərir”.
M.Səfərli təəssüf hissi ilə bildirib ki, bəzi müxalif partiya funksionerləri və onların xaricdəki trolları ABŞ-dan və Avropadan yayımlanan internet TV-lər vasitəsi ilə hədyanlar səsləndirilər: “Onların fəaliyyətləri siyasi fəaliyyət deyil, düşmənçilikdir. Əgər sağlam düşüncə daşıyıcısı olsa idilər, tərəfdarlarına “Evdə qal” çağırışına qoşulmağa dəvət edərdilər: “Əli Kərimlinin rəhbərlik etdiyi AXCP üzvləri karantin qaydalarını pozaraq polislə qarşıdurmaya gedirlər. Bu qanunsuz əməllə yanaşı Ə.Kərimli Azərbaycanı Ermənistanla müqayisə edir, absurddur. Hər kəs internet vasitəsi ilə Ermənistanın necə zəlil gündə olduğunu görə bilər. Hamı bilir ki, Ə.Kərimli ağ yalanlar danışır. Eləcə də, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı Ə.Kərimli kimi şər və böhranlar səsləndirirlər” .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB