Müxalifətin fəaliyyəti erməni maraqları üzərində qurulub

Müxalifətin fəaliyyəti erməni maraqları üzərində qurulub

“Əli Kərimli erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir”

Tarixin zibilliyinə atılmaq ərəfəsində olan dağıdıcı müxalif düşərgənin tör-töküntüləri müxtəlif çirkin vasitə və üsullarla siyasi fəaliyyətlərini uzatmağa çalışırlar. Bunu üçün ən absurd, eybəcər və məntiqdən kənar açıqlamalarla çıxış etməkdən, anormal addımlar atmaqdan çəkinmirlər. Söz yox ki, Azərbaycan cəmiyyəti erməni maraqlarına xidmət edən müxaliflərin bütün addımlarını həmişə qınayıb və indi də sərt şəkil də ittiham edir. Ümumiyyətlə Azərbaycan xalqı əlləri hər zaman xarici maraqlı dairələrin cibində olan AXCP, Müsavat kimi dağıdıcı xislətli partiyaların funksionerlərini yaxşı tanıyır. Hər kəs, çox yaxşı bilir ki, 1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri Azərbaycan xalqının üzləşdiyi faciələrin baş verməsində, xüsusilə də, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. Onların antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi. Bir illik hakimiyyətləri dövründə, ölkəmizin yeraltı-yerüstü sərvətləri qəddarcasına talan edildi. Nəhayət xalq bu talançılara öz layiq olduqları yeri göstərdi və onların hakimiyyətinə son qoydu. Xalq birlik və bərabərlik nümayiş etdirərək, Ulu Öndəri hakimiyyətə dəvət etməklə, ölkənin düşdüyü acınacaqlı vəziyyətdən, xaos və anarxiyadan çıxarılmasına, iqtisadi inkişafa, tərəqqiyə, möhkəm əsaslara malik sabitliyin yaranmasına nail oldu. Beləliklə də, bədxahların Azərbaycanın dövlət müstəqilliyinin məhv edilməsi arzuları alt-üst edildi. Bu gün də, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyölü siyasəti ilə davam etdirilir.

Qara keşilər yenə də, iş başındadlrlar

Ölkəmizin əldə etdiyi uğurlara, nailiyyətlərə qısqanclıqla yanaşan xarici maraqlı dairələr, sapı özümüzdən olan baltalardan istifadə etməklə, əldə olunan uğurlara kölgə salmağa cəhdlər göstərirlər. Xüsusilə də, koronavirus epidemiyasının dünyanı ağuşuna aldığl bir zamanda dağıdıcı müxalif ünsürlər sosial şəbəkələrdə milli və dövlətçilik maraqlarına ziddi olan açıqlamalarla çıxış edir, hədələyici iddialar irəli sürürlər. Sanki, bu ünsürlər insanları təhqir etmək, şər və böhtanlar sələndirmək yarışına giriblər. Demək olar ki, hər saat da AXCP sədri Əli Kərimlini, Müsavat başqanı Arif Hacılını, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini və onların xaricdəki “söyüş qurup”nun üzvləri olan Sevinc Osmanqızı, Qənimət Zahid, Arif Məmmədov və digərlərinin sosial şəbəkələrdə canlı yayımlara çıxaraq ağllarına və ağızlarına gələni danışdıqlarını görmək olar. Bu da təbii olaraq Azərbaycan ictimaiyyətində onlara qarşı hiddət və qəzəbi daha da artırmış olur.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Növrzov dağıdıcı müxalif ünsürləri erməni lobbisinin “muzdlu ideoloji əsgərləri” adlandırb. Bildirib ki, onların sıralarına nəzər yetirərkən gözə çarpan ilk fiqurlardan biri keçmiş “diplomat” Arif Məmmədovdur: “Gəncədə doğulmuş bu şəxsin nənəsinin erməni olması aşkardır – heç kimə sirr deyil. Rus hərbi tərcüməçilik məktəbini bitirmiş Arif Məmmədov erməni qohumlarının köməkliyi ilə təhsil alıb və işə düzəlib. Heç bir bilik və bacarıq sahibi olmadığına görə həbəş dilinə yönləndirilib”. S.Novruzovun sözlərinə görə, Arif Məmmədov erməni xislətini Ermənistanın terrorçu dövlət olmasını ört-basdır etməyə çalışmaqla, hətta bu məqsədinə çatmaq üçün Azərbaycan dövlətini ittiham etməkdə də göstərir: “ Bu şəxs Azərbaycanı “İsraildən aldığı silahları Suriya və Liviyada Türkiyəyə qarşı vuruşan terrorçulara satmaqda” günahlandırmaqla həm də iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır. O, nə Ermənistanın terror dövləti olmasından, işğalçı – təcavüzkar siyasət həyata keçirməsindən danışır, nə də terrorist təşkilat “İŞİD” barədə - onun birdən-birə necə meydana çıxması və kimə xidmət etməsi haqqında bir kəlimə deyir. Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasını istəyən, Ermənistanı müdafiə edən kimlərdir? Təbii ki, ermənilər və ermənipərəst dairələr. Elə Arif Məmmədov kimi xainlər də nənələrinin və babalarının xəyanətkar əməllərinə sadiq qalaraq bu cür fəallıq nümayiş etdirirlər”.

YAP İcra katibinin müavini S.Novruzov onu da bildirb ki, aldığı tapşırıqlar və sifarişlər əsasında Azərbaycan dövlətinə qarşı çirkin təbliğat aparmaqla məşğul olan erməni xidmətçiləri sırasında Ramiz, Arif və Leyla Yunuslar da var: “Bu şəxslərin erməni kimlikləri aşkardır (bu barədə Rasim Ağayevin, Əlizadə qardaşlarının yazılarında kifayət qədər faktlar var). Ramiz, Arif və Leyla Yunuslarla bağlı qanuni təftiş zamanı onların dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Göyçə gölünün kənarında 11 mülkünün ortaya çıxması da bir çox mətləblərdən xəbər verir. Ermənistan ərazisinə dövlətimizi məlumatlandırmadan və icazə almadan, yəni qeyri-qanuni surətdə keçərək işğalçı ölkədə təşkil olunmuş toplantılarda iştirak edən və Azərbaycan dövlətinin milli maraqlarına zidd, Ermənistanın isə mənafeyinə uyğun fikirlər səsləndirən bu şəxslərin siması və ya simasızlığı ortadadır. İndi Ramiz Yunus yaşadığı ABŞ-dakı və xidmət etdiyi Ermənistandakı pandemiya şəraitində acınacaqlı vəziyyəti kənara qoyaraq Azərbaycanı tənqid etməyə, ictimai rəyi çaşdırmağa çalışır. Amma xalqımız onun yalanlarına, qərəzli və məkrli fikirlərinə inanmır, çünki bu antimilli ünsürü danışdıran amilin onların erməni mənşələri və erməni lobbisinin maliyyəsi olduğunu yaxşı bilir”.

Cəmil Həsənli ermənipərəst dairələrin dezinformatoru kimi çıxış edir

“Anti-Azərbaycan cəbhəsində dayananlar sırasında olan Cəmil Həsənli isə xalqı, hakimiyyəti və dövləti hədəf seçərək yalan tirajlamaqla məşğuldur” deyən S.Novruzov onu da bildirb ki, bu şəxs konkret olaraq ermənipərəst dairələrin qulluqçusu qismində dezinformator kimi çıxış edir: “Bir zamanlar Milli Məclisin üzvü olarkən büdcə müzakirələri, Nazirlər Kabinetinin hesabatları zamanı hökumətin işini yüksək qiymətləndirən, parlamentdə, eləcə də Təhsil Nazirliyinin kollegiya iclaslarında ölkəmizdə təhsilin inkişafı barədə tərif yağdıran, buna görə təhsil nazirindən “konvert” alan, cəmi 1 il parlament üzvü olduğu halda, Milli Məclisin deputatları üçün tikilmiş binada illərlə növbədə duran başqalarının haqqına girərək 4 otaqlı mənzil alan, keçmiş iqtisadiyyat nazirinin dəstəyi və maliyyəsi ilə yaşadığı binanın altında deputatların xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş obyekti qeyri-qanuni şəkildə özəlləşdirərək mənimsəyən C.Həsənlinin indi haqqdan danışması, sadəcə olaraq, absurddur! Şəffaflıq və ədalətdən dəm vuran Cəmil Həsənlinin millət vəkili seçilmədikdən sonra yaşı uyğun olmadığı halda pensiya (deputatlıq təqaüdü) almaq üçün saxta yolla I qrup əlillik (gözdən) dərəcəsi alması isə onun hansı mənəviyyata sahib olduğunu aydın göstərir”.

S.Novruzov bildirib ki, xəyanət və satqınlıq simvoluna çevrilmiş antimilli ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur: “O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur”.

Bir sözlə faktlar təsdiq edir ki, müxalifətin dağıdıcı qanadı erməni lobbisinin təsiri altındadır. Məhz bütün mümkün vasitələrdən istifadə etməklə erməni ağalarının sifarişlərini yerinə yetirməyə çalışırlar. Ancaq yuxarıda qeyd etdiyim kimi, xalq müxalifətin satqın və xəyanətkar xislətə malik ünsür olduqlarını bilir. Bu baxımdan onların məkrli niyyətləri heç zaman baş tutmayacaq və bir gün tarixin zibilliyində əriyib gedəcəkləır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə