"Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir" Yasamal rayon sakini

"Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir" Yasamal rayon sakini

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.

Bakı şəhəri, Yasamal rayon sakini Qəhrəman Məmmədov ölkə başçısına ünvanladığı məktubunda hisslərini bu cür ifadə edib: “Zati-aliləri möhtərəm cənab Prezident.

Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərə çarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və millətimizin rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq Lidersiniz. Allah ümummilli liderimiz dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə