"Sahibkarlar bu güzəştlərdən yararlana biləcəklər" ÖZƏL-MÜNASİBƏT
"Məlum olduğu kimi, pandemiya dünya iqtisadiyyatına eləcə də, ölkəmizin iqtisadiyyatına ciddi təsir edib. Prezident İlham Əliyevin tapşırığına əsasən ilk gündən bu istiqamətdə ciddi tədbirlərə başlanılıb. Azərbaycan hökuməti operativ və adekvat qərarlar qəbul edib. Pandemiyanın işsiz vətəndaşlara təsirinin azaldılması istiqamətində ciddi addımlar atılıb". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, birinci mərhələdə 200 min vətəndaşa maddi dəstək nəzərdə tutuldu, sonrakı mərhələdə Prezidentin tapşırığı ilə bu rəqəm 600 minə çatdırılıb: "Pandemiya biznes strukturlarını da ciddi çətinliklərlə üz-üzə qoymuşdu. Karantin rejiminin tətbiqi ilə əlaqədar bir sıra müəssisələrin fəaliyyəti dayanmışdı. Bu müəssisələr üçün həm işçilərin maaşlarını ödəmək, həm də vergiləri ödəmək çətinliyi yaranmışdı. Bu baxımdan hazırkı dövrdə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılması, vergi öhdəliklərinin yerinə yetirilməsi və hesabatların verilməsi müddətlərinin uzadılması və digər məsələləri əhatə edən vergi güzəştlərinin tətbiqi və tətillərin verilməsi xüsusi önəm daşıyır. Bu bir çox müəssisələrin fəaliyyətini davam etdirməsinə öz töhfəsini verəcək. Vergi güzəştlərinin bir çox sahələri əhatə etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bir çox sahibkarlar bu güzəştlərdən yararlana biləcəklər. Bu da öz növbəsində ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Qəbul edilən qərarlar və atılan addımlar bir daha göstərdi ki, Azərbaycan hökuməti pandemiyanın ölkə vətəndaşlarına, eləcə də, biznes strukturlarına təsirini minimuma endirmək üçün gərəkən bütün addımları atır. Narahatçılıq üçün heç bir əsas yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB