Azərbaycan Bosnia və Hersoqovinanın təhlükəsizlik naziri Fahruddin Radoniçin koronavirusla mübarizədə kömək üçün etdiyi xahişinə reaksiya verib. SİA xəbər verir ki, bu barədə Bosniyanın N1 telekanalı məlumat yayıb.
“Azərbaycanın Bosniya və Hersoqovinadakı diplomatik missiyası ölkənin Təhlükəsizlik nazirliyinə məlumat verib ki, yardım təyyarəsi aprelin 23-də Sarayevonun beynəlxalq hava limanına eniş edəcək”, telekanal qeyd edib. Nazir Radoniç Bosniya və Hersoqovina vətəndaşları adından Azərbaycan dövlətinə və xalqına dəstək üçün minnətdarlığını bildirib.
O cümlədən, qeyd olunub ki, Radoniç bu yaxınlarda konfrans keçirərək, Sarayevoda akkreditə olunmuş bütün səfirlərlə və beynəlxalq institut nümayəndələri ilə görüşüb. Beləliklə, Azərbaycan dövləti dərhal edilən xahişə reaksiya verərək, yardımını əsirgəməyib.
Azərbaycanla yanaşı, Bosniyanın çağırışına Avropa İttifaqı da qoşulub. Bu qurum ölkəyə 80,5 milyon avroluq yardım ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB