İran 30 illik fasilədən sonra Misirə səfir göndərdi

İran 30 illik fasilədən sonra Misirə səfir göndərdi

İran 30 il fasilədən sonra Misirə səfir təyin edib. SİA-nın məlumatına görə, İran dövlət televiziyası Misir prezidenti Hüsnü Mübarəkin devrilməsindən sonra diplomatik əlaqələrin yenidən qurulması üçün Qahirəyə təcrübəli diplomat Əli Əkbər Sibuyehin səfir göndərildiyini bildirib.

 

Qeyd edək ki, Orta Şərqin ən böyük ölkələrindən olan İran ilə Misir arasındakı diplomatik əlaqələr 1980-ci ildə kəsilib. Buna səbəb isə İran islam inqilabı və Misirin İsraili tanıması olub. Misirdəki xalq qiyamından sonra ABŞ-ın müttəfiqi olan sünni Qahirə rəhbərliyi ilə şiə Tehran rəhbərliyi arasında əlaqələr inkişaf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə