“Xalqımız Prezidentin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır”
“Xeyirli, gərəkli əməlləri ilə Prezident İlham Əliyev hər zaman xalqın yanında olub. Koronavirus pandemiyası dövründə xalqa göstərdiyi diqqət və qayğı Prezidentimizin hər bir vətəndaşının Prezidenti olduğunu bir daha göstərdi. Bu sayğıya və diqqətə görə, mən vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Prezidentimizə öz minnətdarlığımı bildirirəm”. Bunu SİA-ya açıqlamasında Tərtər rayonu, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyev bildirib.
Onun sözlərinə görə, işsiz vətəndaşlara ödənilən 190 manat vəsait, böyük və kiçik sahibkarlara olan dəstək, bu gün xalq tərəfindən yüksək qiymətləndirilir: “Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə edilən yardımlar isə xalqla dövlətin həmrəyliyinin nümayişidir. Xalq dövlətin dəstəyini görür və bunu yüksək qiymətləndirir. Azərbaycan koronavirusla mübarizədə operativ qərarların qəbuluna və yoluxma sayına görə Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə cədvəlində 1-ci sıradadır. Dünya ölkələri Azərbaycanı nümunə olaraq göstərir. Əhalinin aztəminatlı hissəsinə, imkanlı şəxslər tərəfindən olunan yardımlarda, Ölkə başçısının qərarlarına dəstək nümayişidir. Ölkəmizdə xalq - dövlət birliyi dünyaya nümunə oldu”.
Z.Nuriyeva onu da bildirib ki, könüllülərin yardım kompaniyasında aktiv iştirakı, ölkə başçısının bu ili "Könüllülər ili" elan etməsinə bariz nümunə oldu: “Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə öz minnətdarlığını bildirir və dövlətin tədbiq etdiyi qaydalara əməl etməklə "Biz Birlikdə Güclüyük"şuarına həmrəylik nümayiş etdirirlər. Xalqımız bu çətin günlərdə Prezidentin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır. İnanıram ki, Prezidentimizin vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə bu mübarizədən qalib ayrılacaq”.
İ.Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB