"Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə ümid edirik" MİNNƏTDARLIQ

"Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə ümid edirik" MİNNƏTDARLIQ

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Füzuli rayon sakini Yeganə Fərəcovanın Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:

Hörmətli cənab Prezident!

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.

Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik.

Uca Allah Sizi və ailənizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə