"Hazırda bizim daha çox birlik və həmrəyliyə ehtiyacımız var" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycanda ilk gündən pandemiya ilə mübarizə sahəsində mühüm qərarlar qəbul edildi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əlliyev özü birbaşa prosesə nəzarət etdi: "Bu məsələ ilə bağlı bir neçə mühüm sərəncam imzaladı. Əhaliyə, eləcə də, ölkə iqtisadiyyatına dəyən zərərin minimuma endirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Yeni istehsalat müəssisələri fəaliyyətə başladı. Bu gün bu addımların nəticəsini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss edir. Bu gün Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət dünya birliyi tərəfindən də rəğbətlə qarşılanır, bir sıra ölkələr Azərbaycanın öncül təcrübəsindən istifadə edir, təşəkkürlərini bildirirlər.
Prezident İlham Əliyevə minnətdarlıq məktublarının ünvanlanması ölkəmizdə həyata keçirilən siyasətin, qəbul edilən qərarların ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanmasının, yüksək qiymətləndirilməsinin, xalq-iqtidar birliyinin göstəricisidir. Prezident xalqın yanında olduğu kimi, xalq da Prezidentin ətrafında sıx birləşərək həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu eyni zamanda, Azərbaycanda siyasi-ictimai durumu gərginləşmək istəyən qüvvələrə bir mesaj xarakteri daşıyır. Bir sıra qruplar təəssüf ki Azərbaycanda sabitliyin pozulmasında maraqlıdırlar. Baş verən kiçik xoşagəlməz hadisəni böyük sensasiya kimi təqdim etməyə çalışırlar. Ancaq onlar heç zaman istəklərinə nail ola bilməyəcəklər. Çünki, Azərbaycan xalqı qədirbilən və pisi yaxşıdan ayıra bilən xalqdır. Hazırda bizim daha çox birlik və həmrəyliyə ehtiyacımız var. Bu gün dövlətini sevən, onun uğuruna sevinən hər kəs vahid mövqe nümayiş etdirərək ölkə rəhbəri ətrafında sıx birləşib. Ona görə marginal qüvvələr öz məqsədlərinə nai ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB