"ATƏT yenə baş qatmaqla məşquldur" ÖZƏL-MÖVQE

"ATƏT yenə baş qatmaqla məşquldur" ÖZƏL-MÖVQE

"ATƏT yenə baş qatmaqla məşquldur". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

"Görüşdən imtina etmək olmazdımı? Bəlkə cəbhədə ermənilərin provokasiyalarını bəhanə etmək və ümumiyyətlə, Paşinyanın destruktiv siyasətini göstərməklə Mnasakyanı qapı (bu dəfə monitorun) arxasında qoymaq olardı? Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin video-konfrans formatında görüşü olacaq. Bugünkü hadisələr bir daha göstərdi ki, postneft erasında dünyada "su müharibələri" olacaq. Cənubi Qafqazda ən pis vəziyyətin bizdə olmasını nəzərə alsaq nəinki tarixi torpaqlarımızın qaytarılması, eyni zamanda indiki Ermənistan ərazisindəki bəzi rayonlarun da geri alınması məqsədimiz olmalıdır. Həm Qarabağı, həm də digər torpaqları geri qaytarmaq bizim üçün hava və su kimi lazımdır. Aqrar sahədən tutmuş, sənayenin müxtəlif sahələrinə qədər hər yerdə suya ehtiyac var. Eyni zamanda, əsas hədəflərimiz Xəzər dənizindəki və bölgədəki digər su vadilərindən effektiv istifadə etmək olmalıdır", - deyə, Z.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə