Neftin qiyməti enib

Ötən həftə dünya bazarında bahalaşmaqda davam edən "qara qızıl"ın qiymətində bu həftənin ikinci günlüyündə enmə müşahidə olub. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neftinin bir barelinin qiyməti 1.84 dollar enərək 121,61 dollar təşkil edib.

 

Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 2.54 dollar azalaraq, 107,12 dollara enib.

Bütün xəbərlər Facebook səhifəmizdə