"Atılan addımlar dövlətin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir" RƏY-ÖZƏL
“Cənab Prezident dünyanı bürümüş bu bəlaya qarşı mübarizə müstəvisində bütün sahələrdə olduğu kimi, xalqımızın həyat səviyyəsinin yaxşılaşıdırılması yönündə də ciddi addımlar atmaqdadır. Cənab prezidentin geniş rəğbətlə qarşılanan “Başlıca vəzifəmiz xalqın sağlamlığı, təhlükəsizliyi və həyat səviyyəsinin yüksəldilməsidir” sözləri xalqın dilində aforizmə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin imzalamış olduğu sərəncamlarda, atmış olduğu addımlarda xalqımızın maraqlarının təmin edilməsi ön planda dayanır: “Ona görə də, koronavirusun təsirlərinin aradan qaldırılması məqsədilə ayrılmış 2,5 milyard manatın xeyli hissəsinin xalqın həyat səviyyəsini yüksəltmək üçün nəzərdə tutulması qanunauyğunluqdur”.
Deputat söyləyib ki, sadəcə, dövlət qurumlarında işləyən 900 mindən çox vətəndaşımızın deyil, həm də digər sahələrdə çalışan soydaşlarımızın əməkhaqqının xeyli hissəsinin dövlət tərəfindən ödənilməsi üçün verilmiş tapşırıq artıq icra olunur: “Digər tərəfdən, işsiz olan, lakin iş növbəsinə dayanan soydaşlarımızın hər birinə 190 manat verilməsi də, əlbəttə, onların sosial müdafiəsinin təmin olunmasına xidmət edən mühüm elementdir. Ölkə miqyasında 90 mindən çox ictimai iş yerlərinin yaradılması haqqında Prezidentin vermiş olduğu məlumat və o işlərdə çalışan vətəndaşlarımızın hər birinin əməkhaqqının 250 manat həddində müəyyənləşdirilməsi də mütləq qeyd edilməlidir”.
Dövlət başçısının tapşırığı əsasında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən həssas ailələrdən olan 22 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödəniləcəyini xüsusi vurğulayan F.Ağamalı qeyd edib ki, pandemiya dövründə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycan hakimiyyətinin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir: “Birmənalı olaraq, bütün məsuliyyətimlə deyə bilərəm ki, xüsusi karantin rejimi qüvvədə olduqca, xalqımız bütünlüklə dövlətimizin və prezidentimizin diqqət və qayğısı ilə əhatə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB