"Vətəndaşlarımızın minnətdarlıq məktubları onların səmimi hisslərinin ifadəsidir" ÖZƏL-MÜNASİBƏT

"Vətəndaşlarımızın minnətdarlıq məktubları onların səmimi hisslərinin ifadəsidir" ÖZƏL-MÜNASİBƏT

“Son günlərdə sadə vətəndaşlarımız tərəfindən cənab Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir. İnsanlar öz Prezidentlərinə, dövlətin başında duran insana təşəkkürlərini, öz səmimi hisslərini ifadə edirlər. Fikirləşirəm ki, vətəndaşlarımız tərəfindən Prezidentə göndərilən minnətdarlıq məktubları onların səmimi hisslərinin ifadəsidir”. Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, ölkə vətəndaşları fərqindədirlər ki, onların seçdiyi dövlət rəhbəri çətin dövrlərdə, günlərdə hər zaman öz xalqına ləyaqətlə xidmət etməyi bacardı və hazırda da bu xidməti cənab Prezident davam etdirir: “Dövlət başçımız çətin günlərdə ölkənin bu qədər iqtisadi itkiləri olduğu halda bütün dünyanı cənginə alan pandemiya ilə mübarizə tədbirlərində yalnız və yalnız Azərbaycan insanının sağlamlığını, rifahını düşündü. Azərbaycan insanının bu proseslərdən itkisi çıxması və zərər görməməsi üçün öz iradəsini, bacarığını ortaya qoydu. Pandemiya ərəfəsində ölkə başçımızın insanlarla görüşlərində, təmaslarında, müxtəlif KİV-lərə müsahibələrində, müxtəlif açılışlarda, müraciətlərində yalnız və yalnız ana xətti o təşkil etdi ki, dövlət vətəndaşın, insanların yanındadır. Hər bir Azərbaycan vətəndaşı öz arxasında güclü, qüdrətli Azərbaycan dövlətini görə biləcək. İnsanlardan yalnız bir xahiş oldu ki, evdə qalsınlar və karantin rejiminin tələblərinə əməl etsinlər.

Növbəti günlərdə də ölkə başçısı, Nazirlər Kabineti, dövlətin aidiyyatı qurumları tərəfindən insanlara yönəlik xeyli sayda sosial addımlara atıldı, sosial paketlər ortaya qoyuldu. Cənab Prezident yaşa görə təqaüd alan insanların qayğısını təmin etdi, işsizlərə münasibətini ortaya qoydu. Həmçinin sosial təqaüd alanlara, ailə başçılarını itirmiş ailələrə, əlillərə, fiziki qüsurunu itirmiş insanlara qarşı münasibətini ortaya qoydu. Yəni cəmiyyətin elə bir təbəqəsi olmadı ki, Prezidentimiz orada insanları düşünməsin. Xüsusilə pandemiya dövründə gərgin şəraitdə çalışan, sağlamlıqlarını təhlükəyə qoyaraq insanların keşiyində dayanan həkimlərin əməyini stimullaşdırmaq istiqamətində işləri ortaya qoydu. Bütün bunları Azərbaycan insanı görür və dəyərləndirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə