"Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil"

"Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil"

“Çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir: “Biz artıq bundan tədricən imtina etməliyik. Çünki bu iki qurum ayrı-ayrı strukturdur. Konstitusiyanın 146-cı maddəsində göstərilir ki, ehtiyac olsa, bələdiyyə parlamentlə hesabat verir. Ancaq Naxçıvan Konstitusiyasında bu maddə yoxdur. Bu, absurd bir şeydir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizə hesabat verir. Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil. Bu, seçkili orqandır”.

F. Mustafa təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə