"Dünyada yeni iqtisadi düzənin qurulmasından söhbət gedir" ÖZƏL - AÇIQLAMA

"Dünyada yeni iqtisadi düzənin qurulmasından söhbət gedir" ÖZƏL - AÇIQLAMA

"Qlobal beynəlxalq oyunçuları düşündürən ən əsas məsələ dünyanın bundan sonrakı yeni iqtisadi trayektoriyasının hansı isqtiqamətdə inkişaf edəcəyidir". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov pandemiya ilə mübarizə dövründə dünyada gedən siyasi proseslərdən və siyasi münaqişərin indiki vəziyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə dövründə dünyadakı siyasi proseslər bir növ dayanıb: "Bunun da ən əsas səbəbi ondan ibarətdir ki, bu gün beynəlxalq aləm münaqişələri kənara atıb biri-birilərinə olan siyasi münaqişələri kənara qoyub onları düşündürən və təbii ki, dünyanın əsas problemi olan koronavirusa qarşı mübarizəyə köklənmək istəyir. Koronavirus pandemiyası təkcə sağlamlığın itirilməsi məsələsi deyil, koronavirus eyni zamanda iqtisadi və sosial bəladır ki, dünyanın yeni iqtisadi və sosial düzəninin də qurulmasından da söhbət gedir. Belə olan təqdirdə təbii ki, qlobal beynəlxalq oyunçuları düşündürən ən əsas məsələ dünyanın bundan sonrakı yeni iqtisadi trayektoriyasının hansı isqtiqamətdə inkişaf edəcəyidir.

Bununla bağlı xüsusilə də Çin və ABŞ arasında, eyni zamanda Avropa İttifaqı arasında fikir ayrılıqları var, görünən odur ki, onların arxasında olan ayrı-ayrı qlobal qruplar öz maraqlarını reallaşdırmaq üçün bütün bu oyunlara getmiş olublar".

Siyasi ekspertin fikrincə dünya və bəşəriyyət bu mərhələni təbii ki, uğurla geridə qoyacaq: "Düşünürəm ki, bəşəriyyət bu mərhələni arxada qoyacaq və dünya öz axarı ilə irəliləməyə yenidən davam edəcək. Bildiyiniz kimi regionda da münaqişə ocağı vardır ki, Ermənistanın provokasiyalarını hətta, koronavirus dövründə də müşahidə edirik. Təəsüflər olsun ki, bizim qonşumuz olan Ermənistan dövlətinin ayrı-ayrı liderləri bu illər boyu öz qeyri-konstruktiv siyasətlərindən və böyük Ermənistan xülyasından əl çəkməyiblər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə