"Çox şey vətəndaşlarımızın məsuliyyətli davranışından asılıdır” ÖZƏL-ŞƏRH
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı bunları deyib: “Cənab Prezidentimiz İlham Əliyevin videokonfrans vasitəsilə keçirdiyi müşavirəyə baxdım və nitqini diqqətlə izlədim. 2020-ci ilin birinci rübündə ölkəmizdə islahatlar dərinləşdirilib və bütün sahələrdə inkişaf olub. Dünyada yaranan lakin, ziyanı bizə də dəyən koronovirus pandemiyasına qarşı mübarizədə Azərbaycan hakimiyyəti digər ölkələrə nümunə ola biləcək önləyici addımlar atıb. Karantin rejimi tətbiq edilib, ölkədə sosial baxımdan həssas təbəqələrə yardımlar edilib, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və bu Fonda vəsaitlər köçürülüb. Hesab edirəm ki, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin koronovirus pandemiyasına qarşı gördüyü tədbirlər ilk növbədə millətimizin sağlamlığının qorunmasına yönəlib. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, bu pandemiyanın yayıldığı bir zamanda ölkəmizdə bir neçə müəssisə cənab Prezidentimiz tərəfindən açıldı. Düşünürəm ki, biz bu vəziyyətdə az itki ilə çıxacayıq. Dövlətimiz özündən asılı olan hər şeyi edir amma çox şey vətəndaşlarımızın məsuliyyətli davranışından asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB