"Prezidentin məsələyə həssas yanaşdığının bir daha şahidi olduq" ÖZƏL - AÇIQLAMA

"Prezidentin məsələyə həssas yanaşdığının bir daha şahidi olduq" ÖZƏL - AÇIQLAMA

"Zirvə görüşünün keçirilməsi həm görüşdə iştirak etmiş türkdilli dövlətləri, həm də Azərbaycan üçün bu problemə qarşı birgə mübarizəsi istiqamətində çox böyük, müsbət bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Türk Şurasının videokanfrans vasitəsilə keçirilmiş Zirvə görüşü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya dünyada yayılmağa başlayandan ölkə Prezidenti İlham Əliyev çevik, vaxtında planlanmış, dəqiq addımlar atmışdır və bu videokonfransın da keçirilməsini bu addımların davamı kimi qiymətləndirmək olar: "İstər ölkə daxilində pandemiyaya qarşı mübarizə, istərsə də beynəlxalq aləmdə əməkdaşlıq istiqamətində Prezidentin təşəbbüsü çox müsbət bir addımdır. Prezident öz çıxışında bir çox məsələlərə münasibət bildirmişdir. Görüşdə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktroru da videokonfrans vasitəsilə görüşə qoşulmuşdur. Bu Azərbaycanın beynəlxalq arenada həm gücünün, həm də bu istiqamətdə atdığı addımların beynəlxalq aləmdə təqdir olunması və müsbət qarşılanmasıdır. Ümumdünya Səhiyyə Təşkilatında da direktorunun konfransda iştirakı bir daha Azərbaycanın mövqeyinin güclü olduğunu sübut edir".

Anar Xəlilov vurğulayıb ki, Azərbaycan eyni zamanda daxildə pandemiyaya qarşı attığı addımlarla yanaşı beynəlxalq aləmdə də öz töhvələrini verir: "Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan tərəfindən 5 milyona yaxın vəsait köçürülmüşdür. Azərbaycan yaxın qonşularına da kömək etmişdir. Prezident İlham Əliyevin təşəbüsü ilə məhz, bu Zirvə görüşündə çıxışında da qeyd etdiyi kimi türkdilli dövlətlər əməkdaşlığa dəvət edilmişdir. Birgə mübarizə və birgə əməkdaşlıq nəticəsində biz az itki ilə bu problemdən tezliklə qutara bilərik. Azərbaycanın təcrübəsinin beynəlxalq aləmdə müsbət dəyərləndirildiyi də bildirilmiş və türkdilli dövlətlərə də Azərbaycanın təcrübəsindən istifadə etmək tövsiyə edilmişdir. Eyni zamanda bir sıra digər məsələlərə toxunulmuş, Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışılmış, dövlətlərarası əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır və iqtisadi sabitliyi qorumaq üçün qarşılıqlı tranzit, logistika xidmətlərindən istifadə olunmasının vacibliyi qeyd olunmuşdur.

Bu Zirvə görüşünün Prezidentin təşəbbüsü ilə indiki məqamda keçirilməsini yüksək qiymətləndirirəm. Bununla da bir daha pandemiyaya qarşı Prezidentimizin həssas yanaşdığının şahidi olduq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə