YAP icra katibi: “Müxalifətin neftin gəlirlərinin bölüşdürülməsi ilə bağlı təklifi hökuməti çətin vəziyyətə salmaq üçün edilib” - AÇIQLAMA
Müxalifətçilərin Azərbaycan vətəndaşlarının beynini pozmaq üçün ortaya qoyduğu yanaşma budur ki, əldə olunan neft-qaz gəlirləri bütünlüklə insanlar arasında maaş, pensiya və digər formalarda bölünsün. Bu təklif ilk baxışdan ədalətli, cəzbedici görünə bilər. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov partiyanın Nizami rayon təşkilatında gənclər qarşısında çıxışı zamanı deyib.
Diqqətlə yanaşıldıqda təklifin təhlükəli olduğunun göründüyünü qeyd edən Ə.Əhmədov bunu neftin sürətlə dəyişən qiymətləri ilə izah edib: "2008-ci ilin avqust ayında neftin bir barrelin qiyməti rekord həddə, 150 dollara çatdı. Sonradan qiymətlər hətta 40 dollara qədər aşağı düşdü. Təzəvvür edin ki, müxalifətin xalqı düşünürək yox, hökuməti çətin vəziyyətə salmaq üçün təklif etdikləri yol tutulsaydı, 150 dollarlıq nefdən gələn gəlirlər əmək haqqı və təqaüd kimi paylanılsaydı, onda qiymət 40 dollar olanda neynəmək lazım idi? Hökumət xalqın qarşısına çıxaraq deməli idi ki, neftin qiyməti aşağı düşdü, biz sizin maaşlarınızı, təqaüdlərinizi verə bilmirik, necə istəyirsəniz dolanın. Güman edirəm ki, müxaliftəçilərin yanaşmasının nə qədər təhlükəli olduğunu dərk etmək üçün ciddi təhlillərə ehtiyac yoxdur".
Azərbaycan hökumətinin təhlükəli olmayan bil yolu seçdiyini deyən Ə.Əhmədov bu yolun Neft Fondunun yaradılması olduğunu deyib. O, qeyd edib ki, ikinci yol infrastruktur layihələri vasitəsilə gəlirlərin insanlar arasında bölünməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB