16 aprel Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub.
O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşmuş, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşub.
O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunub. Bakının Nizami rayonunda küçələrin biri onun adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB