Mövlüd Çavuşoğlu rəsmi "Twitter" səhifəsində Azərbaycanla bağlı paylaşım edib

Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu rəsmi "Twitter" səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir: "Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır. Tək millət, tək ürək! Türkiyə Azərbaycan #BirliktəYeneceğiz".

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ötən gün Mərkəz binasının üzərində Türkiyənin bayrağı əks olunub. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...