"Atılan addımların xalq tərəfindən dəyərləndirilməsi çox təbiidir” ŞƏRH-ÖZƏL

“Azəbaycan xalq qədirbilən, müdrik xalq olmaqla yanaşı, xeyri şərdən, pisi yaxşıdan ayırmağı bacarır. Vətəndaşlarımızın bəşəriyyəti bürüyən koronavirus bəlasından Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə etməsi bir daha göstərir ki, xalqımız Prezident İlham Əliyevin daim onların yanında olduğunu görür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Azərbaycan xalqı ölkə başçısının bir rəhbər kimi əlindən gələni etdiyini ən yüksək səviyyədə etdiyini görür və bunu yüksək qiymətləndirir: “Prezident İlham Əliyev dövlətimizin, eləcə də xalqımızın koronavirus pandemiyasından az itkilərlə çıxması istiqamətində bütün lazımi və ən mühüm addımları atır. Bu addımlar, görülən işlərin də xalq tərəfindən dəyərləndirilməsi çox təbiidir”.

E. Məmmədov vurğulayıb ki, Azərbaycan prezidenti etdiyi yaxşılıqlarının əvəzini gözləmir: “Çünki humanizm, ədalətlilik Onun həyata keçirdiyi siyasətin əsas qayəsini təşkil edir. Ancaq xalq sağlamlıqları, həyatlarının qorunması, sosial vəzyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin müqabilində münasibətini bildirməyi özünə borc bilir”.

Deputat söyləyib ki, Prezident İlham Əliyevin gördüyü işlərə xalqın özününü qiymət verməsi, sözünü bildirməsi onların cəsur, cəsarətli siyasət yürüdən Prezidenti ilə qurur duyduğunu sübut edir: “Bir vətəndaş olaraq hər birimiz ölkə başçısına görülən işlərə görə təşəkkürümüzü bildiririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...