Ermənistanda koronavirusun yayılma mənbəyi - biolaboratoriyalar! ANALİTİK + FOTOFAKT

Rusiyanın “Moskovskiy komsomolets” nəşri bir sıra məsələlərə şok doğuracaq aydınlıqlar gətirib

Ermənistanda koronavirusun sürətlə yayılması ətrafında yeni və kəskin qalmaqal baş qaldırıb. Belə ki, bu gün orada sual olunur ki, axı necə ola bilər, Səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən Xəstəliklərin profilaktikasına nəzarət milli mərkəzinin 14 mütəxəssisi koronavirus infeksiyasına yoluxsun? Belə ki, Pentaqonun maliyyə dəstəyi ilə yaradılan və ən müasir avadanlıqlarla, öncül texnologiyalarla təchiz edilən laboratoriya Ermənistanda təhlükəli infeksiyaların yayılması riskinin qarşısını alınması üçün istifadə edilibsə, bu zaman sual yaranır –əgər həmin qurumun əməkdaşları yoluxmadan qoruna bilmirlərsə, bu zaman həmin laboratoriya bütöv bir dövləti necə qoruya bilər?

Ermənistanda hazırkı vaxtda 12 biolaboratoriya fəaliyyət göstərir və onların hər biri Amerikanın hərbi idarəsinin bioloji təhlükədən qorunmaq proqramı çərçivəsində yaradılıb

SİA xəbər verir ki, bu və digər suallarla Rusiyanın “Moskovskiy komsomolets” (“MK”) nəşri çıxış edib. Yazıda ehtimal olunur ki, ölkədə koronavirusun yayılmasının əsas mənbəsi məhz adıçəkilən mərkəzdən yayılıb. SİTAT: “Ermənistanda hazırkı vaxtda 12 biolaboratoriya fəaliyyət göstərir və onların hər biri Amerikanın hərbi idarəsinin bioloji təhlükədən qorunmaq proqramı çərçivəsində yaradılıb”, yazan “MK” həmçinin qeyd edir ki, bu proqram 25 ölkədə fəaliyyətdədr. Ermənistan isə həmin proqrama 2008-ci ildən qoşulub.

Bildirilir ki, hazırda İrəvanda 3 laboratoriya fəaliyyət göstərir - Xəstəliklərin profilaktikasına nəzarət milli mərkəzində, Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətində və “Nork” klinik xəstəxanasında: “Regional laboratoriyalar isə misal üçün, Gümrüdə, Vanadzorda, İcəvanda və Martunidə yerləşir. Bu şəbəkənin yaradılması üçün ABŞ 50 milyon dollara yaxın vəsait xərcləyib”.

Müəllif hesab edir ki, Ermənistandakı laboratoriyalardan infeksiyanın yayılması şübhəsi ikili nöqtədən – hərbi və mülki obyektlərdən gələ bilər.

Niyə amerikalı virusoloqlar araşdırmalarını ucuz başa gəlməsi üçün ABŞ-da deyil, məhz uzaq Ermənistanda aparırlar?

“İndiyə qədər heç kim suallara dəqiq cavab verməyib: nəyə görə yaradılan laboratoriyaları ABŞ-ın Səhiyyə nazirliyi deyil, Pentaqon maliyyələşdirir? Niyə amerikalı virusoloqlar araşdırmalarını ucuz başa gəlməsi üçün ABŞ-da deyil, məhz uzaq Ermənistanda aparırlar?”, suallarını da ünvanlayan “MK” daha sonra qeyd edir ki, məntiqi cavaba əsaslanaraq belə nəticəyə gəlmək olar: ABŞ ərazisində qanunun icazə vermədiyi işlərlə həmin laboratoriyalarda məşğul olmaq olar, necə ki, bunu analoji olaraq Quantanamo həbsxanalarında tətbiq ediblər.

İkinci aspekt: axı heç kim zəmanət verməmişdi ki, təhlükəli viruslar təsadüfən “azadlığa çıxa bilər” (məsələn zəlzələ nəticəsində). Əhali zərər çəkəcək. Ona görə də yaxşı olardı ki, risk zonasına yad əhali düşsün...

Rusiya nəşri xatırladır ki, Moskva ABŞ laboratoriyalarının Ermənistandakı fəaliyyəti ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. İrəvan isə hər zaman bəyan edib ki, hər şey “nəzarət altındadır”. Ermənistanın xarici işlər narizi Zoqrab Mnatsakanyan “MK”nın laboratoriyalar ətrafındakı suallarını bu cür cavablandırıb. SİTAT: “SSRİ-nin süqutundan sonra Ermənistanın bioloji təhlükəsizliyi çox aşağı səviyyədə idi. Bizim həkimlərimiz hətta istənilən küləkdən belə, qorxurdular ki, bu epidemiyaların yayılmasına səbəb ola bilər. Bu laboratoriyalar Ermənistana aiddir. Onlar birbaşa Ermənistanın bioloji təhlükəsizliyinə xidmət edirlər və burada başqa heç bir hədəf də yoxdur. Biz rusiyalı həmkarlarımızla əməkdaşlıq edirik, onlar bu laboratoriyaları ziyarət ediblər və öz gözləri ilə görüblər ki, orada hər hansı təhlükəli işlər aparılmır”.

Bu obyektlərdə fəaliyyət göstərən 14 nəfər əməkdaş virusa yoluxublar

Nəşr qeyd edir ki, baş nazir Nikol Paşinyanın da mövqeyi ondan ibarətdir ki, sözügedən obyektlər hazırda Ermənistanın nəzarəti altındadır və bu ölkənin mülkiyyətindədir, eləcə də orada erməni mütəxəssisləri çalışırlar: “Baş nazirin sözlərinə görə, o rusiyalı jurnalistlərlə söhbətində deyib ki, Rusiya mütəxəssisləri istədikləri vaxtda və anda laboratoriyalara gələrək, orada Rusiya Federasiyasına heç bir təhlükənin olmadığını görə bilərlər. Bəs Ermənistanda nə baş verdi? Bu ilin mart ayının 22-də məlum oldu ki, Səhiyyə nazirliyinə aid biolaboratoriyalarda aparılan işlər dayandırılıb və orada sonuncu dezinfeksiya işləri aparılıb”.

“Bir həftə sonra isə məlum oldu ki, bu obyektlərdə fəaliyyət göstərən 14 nəfər əməkdaş virusa yoluxublar”, yazan nəşr qeyd edir ki, həmin vaxt Ermənistanda bir çoxlarında sual yarandı: onlar necə yoluxa bilərdilər? SİTAT: “İstisna etmək olmaz ki, yoluxma məhz koronavirusla bağlı testlərin aparıldığı zaman baş verib. Ya da əməkdaşlardan kimsə oradan virusa yoluxub və sonrada insanları yoluxdurub. Bu zaman belə çıxır ki, onlar yoluxduqları vəziyyətdə əhali ilə təmasda olublar və testlər aparıblar. Sözdə ən yüksək səviyyəyə malik laboratoriyanın özü infeksiyanın yayılması mənbəsi rolunu oynayıb. Hələ ki, nə Səhiyyə nazirliyi, nə də laboratoriyanın rəhbərliyi erməni ictimaiyyətinin suallarına cavab vermirlər. Əsas sual isə budur: əgər biolaboratoriya öz əməkdaşlarını qoruya bilməyibsə, onda Ermənistanı necə qoruya bilər?”.

Qeyd edək ki, artıq erməni ictimai rəyində bu məsələ daha çox danışılmağa başlanılıb və hökumət ittiham olunmaqdadır. Əsasən, ən çox danışılan mövzu isə, Ermənistanda sürətli yoluxma hallarının yayılmasının mənbəyi məhz həmin biolaboratoriyalar göstərilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə