Deputatlar pandemiyaya qarşı mübarizə aparanları alqışladılar

Milli Məclisin bu gün keçirilən iclasında koronavirus pandemiyasına qarşı mübarizədə fədakarlıq nümayiş etdirən insanların əməyi alqışlanıb. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib. O təklif edib ki, pandemiyaya qarşı mübarizədə fədakarlıq nümayiş etdirən insanların əməyi deputatlar tərəfindən ayaq üstə alqışlansın.

Deputatlar pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəflə yerinə yetirən insanların əməyini ayaq üstə alqışlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə