Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

Rusiyanın İvanovo vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərraf Məmmədov vəfat edib. SİA xəbər verir ki, 1965-ci il tövəllüdlü S.Məmmədov dünən gecə Nijni Novqorod şəhərində yerləşən xəstəxanada vəfat edib.

Əməliyyat olunan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sərraf Əbülfət oğlu Məmmədov İvanovo vilayətində tanınmış iş adamı olub. O, vaxtilə İvanono şəhər Dumasının deputatı olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə