"Beynəxalq münasibətlər sistemində qeyri-adi hadisələr baş verir" ÖZƏL-MÖVQE

"Bu gün nəinki Yaxın Şərqdə, ümumiyyətlə beynəxalq münasibətlər sistemində çox qeyri-adi hadisələr baş verir". Bunu SİA-ya politoloq Vüqar Zifəroğlu deyib.

Politoloqun sözlərinə görə, koronovirus sözün həqiqi mənasında beynəlxalq münasibətlərə, dövlətlərarası münasibətlərə ciddi təsir edəcək bir faktor olaraq ortaya çıxdı: "Biz hal-hazırda bir çox maraqlı məqamların şahidi olmaqdayıq. Təbii ki, bu Yaxın Şərqə də aiddir. Hal-hazırda Yaxın Şərqdə kifayət qədər ciddi söz sahibi olan ölkələrin həm daxilində gedən proseslər, həm də başqa ölkələrlə münasibətlərinə diqqət yetirsək çox maraqlı məqamlara rast gələ biləcəyik. Koronovirusun pandemiya elan edilməsi fonunda OPEK ölkələrinin neftin qiymətini aşağı salması ilə bağlı qərar vermələrindən tutmuş İranın hal-hazırda mövqelərinin kifayət qədər laxlaması, zəifləməsinə qədər, Türkiyənin müəyyən qədər əməliyyatları hələ də davam etdirməsinə qədər, Liviyada aktivlik nümayiş etdirməsinə qədər və s. maraqlı proseslər gedir. Pandemiya bitdikdən sonra biz çox hərəkətli, qarışıq bir Yaxın Şərq görə biləcəyik. Hətta deyərdim burada yeni bir düzənin formalaşmasının da bu və ya başqa dərəcədə şahidi ola bilərik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...