Rusiya koronnavirusa görə qaydaları sərtləşdirdi 7 ilə qədər həbs!

Rusiyanın dövlət duması bu gün keçirilən parlament iclasında tələb olunan sanitar-epidemioloji məsuliyyət cavabdehliyini pozanlara qarşı qanun qəbul edib. SİA TASS-a istinadən xəbər verir ki, qanuna əsasən, infeksiyalıların epidemioloji qaydaları ehtiyatsızlıqdan pozaraq, insanları kütləvi yoluxdurmaları 1 milyon rubl cərimə, ya da müəyyən olunmuş vəzifə fəaliyyətlərinə 3 illik qadağa, yaxud 3 illik azadlıqdan məhrumolma ilə nəticələnəcək.

Əgər qanun pozuntusu ehtiyatsızlıqdan insan ölümünə səbəb olarsa, yaxud qəsdən insanların kütləvi yoluxmalarına yönəlibsə, cərimə 2 milyon rubl, azadlıqdan məhrum edilmə isə 5 ilə qədər artır.

Əgər ehtiyatsızlıq iki və daha çox insanların ölümünə səbəb olarsa, qanun pozucusunu 7 il həbs gözləyir

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə