Dünya ölkələrinin hərbi xərcləri artır-CƏDVƏL

Dünya ölkələrinin hərbi xərcləri artır-CƏDVƏL

Dünya üzrə hərbi xərclər 2010-cu ildə də artıb. SİA-nın məlumatına görə, rekord yenə də ABŞ-a aiddir. Silahlanma xərclərini və digər hərbi fəaliyyətləri maliyyə böhranı da dayandıra bilməyib. Davamlı olaraq artan hərbi xərclər keçən il də 1,3 faiz artımla 1 trilyon 630 milyard dollara çatıb. Hərbi xərclər dünyada 2001-ci ildən bu yana 43 faiz artıb. Ölkələr arasında birincilik 81 faiz artımla ABŞ-ın əlindədir.

 

Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, hərbi xərclər Avropa xaricindəki ölkələrdə 2010-cu ildə də davam etdiyi halda qitə hərbi xərcləri azaldıb. ABŞ-ın keçən ilki hərbi xərcləmələri bir əvvəlki ilə görə 19 milyard dollar artaraq 687 milyard dollara çatıb. Hərbi xərcləri hər il davamlı və sürətlə artıran ikinci ölkə isə Çin Xalq Respublikasıdır. Çinin 2009-cu ildə olan 110 milyard dollar olan hərbi xərci 2010-cu ildə 114 milyard dollara yüksəlib.

 

Orta Şərq ölkələri də hərbi xərcləri artırıb. Rusiya isə keçən ilə hərbiyə 53 milyard dollar xərcləyib. Rusiyanın 2009-cu ildə hərbi xərcləri 52 milyard idi. "Soyuq müharibə" dövründəki silahlanma yarışında ABŞ-ın arxasında hər vaxt ikinci sırada olan SSRİ dağıldıqdan sonra Rusiya onun yerini tutsa da bir müddət sonra ikinci yeri Çinə təhvil verib. Türkiyənin 2010-cu ildəki hərbi xərcləri 15 milyard 634 milyon dollar olub. Yunanıstan isə 2010-cu ildə bu rəqəm 9 milyard 369 milyon dollar təşkil edib. Ancaq Türkiyənin xərcləri ümumi daxili məhsula nisbətən Yunanıstandan daha aşağıdır. Belə ki, Türkiyənin 2010-cu ildə hərbi xərclər ÜDM-in 2,7 faizi olduğu halda, bu Yunanıstanda 3,2 faizdir.

 

Avropada hərbi xərclər azalıb. Qitədə sözügeden xərclər 2010-cu ildə 2,8 faiz azalıb. Orta Şərq də hərbi xərcləri artıran bölgələr arasındadır. Orta Şərq ölkələrinin xərcləri 2010-cu ildə 2,5 faiz artaraq 111 milyard dollara çatıb. Bu bölgədə rekord Səudiyyə Ərəbistanına məxsusdur.

 

 

Ölkə

2009-cu il (mlrd. dollar)

2010-cu il (mlrd. dollar)

ÜDM-ə nisbətdə faizlə

ABŞ

668,6

687,1

4,7

Çin

110,1

114,3

2,2

Fransa

66,8

61,2

2,5

İngiltərə

57,.9

57,4

2,7

Rusiya

53,3

52,5

4,3

Yaponiya

51

51,4

1

Almaniya

47,4

46,8

1,4

Səudiyyə Ərəbistanı

41,2

42,9

11,2

İtaliya

38,3

38,1

1,8

Hindistan

35,8

34,8

2,8

 

Bütün xəbərlər Facebook səhifəmizdə