Ermənistanda koronavirusla bağlı məhdudiyyətlər qoyuldu AKTUAL

Ermənistanda koronavirusla bağlı məhdudiyyətlər qoyuldu AKTUAL

“Sərhədsiz reportyorlar” bəyanat yaydı, erməni mediası hökuməti hədəfə alıb

Ermənistanda COVID-19 koronavirus infeksiyasının yoluxma hallarının sürətlə artması ölkə daxilində ciddi çaxnaşmaya və panikaya səbəb olub. Belə ki, vəziyyət nəzarətdən çıxmaqla yanaşı, hökumət növbəti atacağı addımlarının nədən ibarət olacağını bilmir, eləcə də ictimaiyyətin belə bir vəziyyətdə idarəolunması da problemlər yaradır.

Lakin daha bir məsələ, Nikol Paşinyan hökumətinin fövqəladə vəziyyət elan etməsi ilə yanaşı, KİV-lərin fəaliyyətinə müddətsiz məhdudiyyətlər tətbiq etməsi vəziyyətidir. Artıq bununla bağlı təyin olunmuş komendant Tiqran Avinyan medianın fəaliyyətinin demək olar ki, dayandırılması istiqamətində tədbirlər görməkdədir. Məhz bundan sonra ölkənin bir sıra ictimai-siyasi qurumları, media və hüquq üzrə təşkilatları qəbul edilmiş qərardan hiddətlənərək, bəyanatlar yaymaqdadırlar. Artıq “Sərhədsiz reportyorlar” təşkilatı da mövcud vəziyyətlə bağlı Ermənistan hökumətini hədəfə alıb.

“Media advokat” təşəbbüs təşkilatı Ermənistan Jurnalistlər ittifaqının və KİV redaktorlarının bəyanatlarına dəstək verdi

“Ermənistanın “Media advokat” təşəbbüs təşkilatı Ermənistanın Jurnalistlər ittifaqının və KİV redaktorlarının bəyanatına tam dəstək göstərir və komendant Avinyanı qısa zamanda qaldırılmış məsələlərə aydınlıq gətirilməsinə dəvət edir”. SİA xəbər verir ki, bu barədə erməni mediası yazır.

““Media advokat” hesab edir ki, fövqəladə vəziyyət zamanı beynəlxalq təcrübəni nəzərə alaraq, komendatura və hökumət bütövlükdə KİV-lərin azad fəaliyyəti üçün ən yaxşı şərait yaratmalıdır. Belə ki, media panikanın aradan qaldırılması və əhali ilə iş aparmaq üçün bir nömrəli köməkçi, müttəfiq və dostdur”, bəyanatda bildirilir.

Bəyanat: “Fövqəladə vəziyyət zamanı xəbərlərin yayılmasındakı faktiki monopoliya komendaturanı kifayət qədər cavadehlik və məsuliyyət üzərində qoyur”

Adıçəkilən təşkilata görə, təəssüf ki, hazırkı məqamda bu kimi qərarları qəbul edən fərdlərdə belə bir anlam mövcud deyil: “Xüsusilə vurğulamaq lazımdır ki, fövqəladə vəziyyət zamanı xəbərlərin yayılmasındakı faktiki monopoliya komendaturanı operativlik və dəqiq informasiya baxımından kifayət qədər cavadehlik və məsuliyyət üzərində qoyur. Məsələn, beynəlxalq xəbərlərin yayılmasına qoyulmuş qadağa o demək deyil ki, hər hansı informasiya erməni ictimaiyyəti üçün əlçatmaz deyil. Hətta KİV-lər tərəfindən yayılan informasiyalar arasındakı kiçik fərqlər ümumilikdə rəsmi informasiyaların obyektivliyini şübhə altına sala bilər. Ona görə də “Media advokat” təşəbbüsü fövqəladə vəziyyət zamanında KİV-lərin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərdən narahatdır və komendant Tiqran Avinyandan qısa zamanda Ermənistanın Jurnalitlər ittifaqı və KİV redaktorları tərəfindən qaldırılmış məsələlərə aydınlıq gətirməsni tələb edir”.

Sərhədsiz reportyorlar: “İnformasiya üzərində nəzarət epidemiya ilə mübarizəyə kömək etməyəcək, lakin şayiələrin və qorxunun yayılmasına şərait yaradacaq”

“Yaranmış şətin situasiyada komendatura dərhal yazılı şəkildə qaldırılmış bütün məsələlərə, suallara cava verməli, KİV-lərə qısa zamanda öz işlərini heç bir məhdudiyyət qoymadan görmələri üçün şərait yaratmalıdır”, deyilən bəyanatda o da bildirilir ki, artıq Ermənistan KİV-lərinə qoyulmuş müddətsiz məhdudiyyətlər beynəlxalq tənqidə də məruz qalıb: “Biz “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının Ermənistanla bağlı “informasiya üzərində nəzarət epidemiya ilə mübarizəyə kömək etməyəcək, lakin şayiələrin və qorxunun yayılmasına şərait yaradacaq” düşüncələrini tam şəkildə bölüşürük. Bənzər problemlərdən yayınmaq üçün ən effektli vasitə qaldırılmış məsələlərə dərhal cavab vermək və KİV-lərlə partnyorluq etməkdir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə