Deputatlardan sahibkarlara DƏSTƏK

“Sahibkarların düşdüyü ağır vəziyyətdən çıxması üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər edilməsini, qanunvericilikdə epidemiyanın fors-major məqamlara aid edilməsini, vergi tətillərinin elan edilməsini vacib sayıram”. SİA-nın məlumatına görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili Nigar Arpadarai söyləyib ki, sahibkarlar ciddi problemlə üzləşiblər: “Turizm və xidmət sahəsini təmsil edən sahibkarlar ciddi problemlə üzləşiblər. Yaranan vəziyyətdə sahibkarları dəstəkləməyin yolları ilə bağlı düşünməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə