Koronovirusla bağlı Ermənistandakı vəziyyətə görə günahkar - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan işğalçı ölkədə koronavirusun sürətlə yayılmasına görə hədəfə alınıb və ölkədə yaranan çətin duruma görə günahkar o hesab olunur. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə vitse-prezident Armen Aşotyan özünün Facebook səhifəsində yazıb.
Vitse-prezident öz səhifəsində erməni baş nazirə bir sıra suallar ünvanlayıb. Həmin suallarla, eyni zamanda ölkə vətəndaşının düşdüyü durumda günahsız olduğunu vurğulamaqla Aşotyan günahın baş nazirin şəxsən özündə olduğuna ehyam vurur.
Aşotyan erməni vətəndaşların xaricdən gələnlərdən zamanında qorunmaması, hakimiyyətin ölkədəki vəziyyəti layiqincə qiymətləndirməməsi və digər məsələləri qabardaraq, günahın vətəndaşlarda olmamasını vurğulayaraq Nikol Paşinyanı hədəfə alıb. Hətta, “vətəndaşlar yalnız bir məsələdə günahkardırlar ki, indi onun barədə danışmağın zamanı deyil”, deməklə, sözsüz ki, kütlənin Paşinyanı seçməsini nəzərdə tutur və bununla da konkret olaraq erməni baş nazirini nəzərdə tutduğu aydın olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB