"Ümumiyyətlə, koronovirus elə bir xəstəlik, virusdur ki, o sərhəd tanımır. Burada əsas məsələ daxili imkanlar hesabına müqavimət göstərməkdir". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
"Bir halda ki, hansısa inkişaf etmiş ölkə, daha hazırlıq olan ölkə bundan əziyyət çəkir, görün indi iqtisadiyyatı zəif olan ölkə nə dərəcədə əziyyət çəkə bilər. Bu baxımdan Ermənistanda da bu xəstəliyin yayılması həmin ölkənin öz problemidir. Onsuz da bu ciddi olan problemləri daha da artıra bilər. Ümumiyyətlə Ermənistan hər tərəfdən qapalı və özünü blokadaya salmış bir dövlətdir. Lazımlı dərmanlar isə xaricdən, xüsusilə də Rusiyadan gətirilir. İndi İranla da onların sərhədləri bağlanan da sonra yeganə yol hava yolu qalır. Həm Rusiya, həm də digər ölkələr tərəfindən aviakampaniyalar hava uçuşlarını azaldırlar. Belə vəziyyətdə Ermənistanın dərmanlarla təchizatı da azalacaq. Bir sözlə burada vəziyyət daha da mürəkkəbləşə bilər. Blokada olan ölkələr, xüsusilə Ermənistan əlbəttə ki, risk zonasında olan ölkədir. Düşünürəm ki, koronovirus Ermənistanda geniş miqyas alacaq”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB