Bu gün "Azərsu" Açıq Səhmdar Cəmiyyətində (ASC) Prezident İlham Əliyevin əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranan borcların silinməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərsu ASC-nin sədr müavini Mahir Məmmədov və təşkilatın Kommersiya departamentinin rəisi Xavər Abbasov iştirak ediblər.
İlk olaraq prezidentin fərmanına uyğun olaraq əhalinin 294,2 milyon manat borcunun silindiyini bildirən M. Məmmədov qeyd edib ki, bu qərarın qəbul edilməsi əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəldilən mühüm addımlardan biridir: "Əsas məqsəd isə əhalinin fasiləsiz və keyfiyyətli su ilə təchiz olunmasıdır. Bu gündən sonra cəmiyyət sudan daha səmərəli istifadə edəcək".
Daha sonra X. Abbasov vurğulayıb ki, ölkəmizdə sudan 1 milyondan artıq abonent istifadə edir: "Bunların 700 mini Bakı- Abşeron- Sumqayıtın, yerdə qalan rəqəm isə rayonların payına düşür. 294,2 milyon manatın təxminən 85 %-i Bakı sakinlərinin, 15 %-i isə rayon sakinlərinin yığılan boclarıdır".
10 gün müddətində abonentlərə borcların silinməsi barədə göstərişlər veriləcəyini qeyd edən X. Ababsov: "Borcların dəqiqləşdirilməsi ilə bağlı bir sıra problemlər yaranır. Çünki bir çox abonentlər işçilərimizə qapılarını açmırlar",- deyə əlavə edib.
Azərsunun fevral- mart ayları üçün təşkilatın 73 milyona yaxın borcu qaldığı bildirilib. Bununla yanaşı, kredit təşkilatlarına 116 milyon, kreditor borclarının isə 210 milyon manat təşkil edildiyi vurğulanıb.
Konfransda o da bildirilib ki, qeyri-ərazi sektorlarının sudan istifadəyə görə 140, büdcə təşkilatlarının 37,3, digər təşkilatların isə 113,2 milyon manat borcları var.
Sonda o da qeyd edilib ki, prezidentin bu qərarı nəinki əhalinin sosial durumunun yaxşılaşdırılmasına xidmət edəcək, eləcə də Azərsunun işçilərinin abonentlər arasındakı narazılıqlarını da aradan qaldıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB