“Türkiyə Əsəd rejiminə qarşı zərbələrini bərpa edəcək”

“Türkiyə Əsəd rejiminə qarşı zərbələrini bərpa edəcək”

“Türkiyə öz hərbi qulluqçularının Suriyanın İdlib ərazisindən çıxarmaq məsələsini müzakirə etmir”. SİA xəbər verir ki, ölkənin milli müdafiə naziri Hülusi Akarın bu sözlərini "Anadolu” agentliyi yayıb. Qeyd olunur ki, Ankarının həmin ərazilərdə 12 müşahidə postları var.

“Bizim İdlibdə bütün elementlərimizlə mövcudluğumuz davam edir. Ordunun çıxarılması ilə bağlı söhbət belə getmir, silahlı qüvvələr yerindədir”, deyən H.Akara görə, Ankara bəyan edib ki, İdlibdə atəşkəsin pozulacağı halda, Türkiyə SQri Suriyada Bəşər Əsəd rejiminə qarşı zərbələrini bərpa edəcək”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə