Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu qəbildən növbəti belə tədbir aprelin 11-də Şəki şəhərində olub.
Şəki Şəhər Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 21 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.
R. Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə baxılacağını və konkret tədbirlər görüləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB