"Şərqdə ilk dəfə qadınlara seçmək hüququ məhz Azərbaycanda verilib" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin IV çağırış növbədənkənar parlamentin ilk iclasındakı çıxışı ilə hesab edirəm ki, parlamentarizm tarixində bir çox ilklər yaşandı. Hazırki parlament cənab Prezidentin apardığı siyasi kursun müasir çağırışlarına uyğun tələblərlə cavab vermək iqtidarında olan bir parlament olacaq". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, cənab İlham Əliyev çıxışında parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinə, parlamentin yeni seçilmiş deputatlarına bir istiqamət verdi: "Biz cənab Prezidentin hər bir sözünü, cümləsini təhlil etsək görərik ki, bu doğurdan da xalqın rifahına, ölkə başçısının siyasətinin uğurla həyata keçməsinə, ölkəmizdə əmin-amanlığın, vətəndaş məmnunluğunun və yeni bir siyasi mədəniyyətin formalaşmasına təkan verəcək. Müstəqillik illərində ilk dəfə olaraq xanım deputat parlamentə sədr seçildi. Bu gün bizim gender bərabərliyi haqqında qanunumuz da var. Şərqdə ilk dəfə seçmək hüququ məhz Azərbaycana verilib. AXC ilk dəfə bu haqqı tanıyıb. Hesab edirəm ki, bu gün xanım deputatın parlamentə sədr seçilməsi işin yeri mərhələsində yeni keyfiyyətinə çıxaracaq. Ümumiyyətlə xanım anadır və mərhəmətlidir. Xanımların o qədər yüksək keyfiyyətləri var ki, bu gün elə biz xanımların timsalında Azərbaycan xanımının dövlətin idarə olunmasında, ölkəmizin tanınmasında ən böyük nümunəni biz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyevin Fondunun Prezidenti Mehriban xanım Əliyevadan görürük. Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması üçün gördüyü işlər misilsizdir. Hesab edirəm ki, bu nümunələrdən yararlanaraq Azərbaycan xanımı həmişə Azərbaycan dövlətinin inkişafı üçün var gücü ilə çalışmağa qadirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB