"Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər reallığı tam əks etdirir” ÖZƏL-MÜNASİBƏT

"Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər reallığı tam əks etdirir” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə bir saatdan artıq çıxış etdi. Bu çıxış hesab edirəm ki, özünün konseptual xarakteri ilə seçildi. Ölkə Prezidenti çıxışında bir çox məqamlara toxundu. Dövlət başçısı seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputatın sözlərinə görə, həqiqətən də bu gün Azərbaycan Milli Məclisinin yeni tərkibi aydın şəkildə nümayiş etdirir ki, VI çağırış Milli Məclis ölkə Prezidenti tərəfindən həyata keçirilməsinə başlanmış islahatlara öz ciddi təkanını nümayiş etdirəcəkdir: "Cənab Prezident qeyd etdi ki, dörd dairənin ləğv olunması da öz növbəsində nümayiş etdirir ki, Azərbaycan tərəfinin özü neqativ halların, çatışmazlıqların aradan qaldırılmasında hamıdan qabaq maraqlıdır. Mənim bununla bağlı mövqeyim ondan ibarətdir ki, Azərbaycan keçirilmiş parlament seçkilərinin nəticələrinin yoxlanılması zamanı bir çox dairələrdə, məntəqələrdə səsvermənin nəticələri də ləğv olundu. Bunu bizdən hansısa bir beynəlxalq istansiya istəməmişdi, tələb etməmişdi. Azərbaycan dövlətinin özü maraqlı idi ki, seçkilərdə bütün çatışmazlıqlar qiymətləndirilsin və onların aradan qaldırılması istiqamətində addımlar atılsın. Təbii ki, bu cür də edildi. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti, hakimiyyəti seçkiləri ən demokratik, şəffaf formada keçirilməsində özü hamıdan qabaq maraqlıdır və bu istiqamətdə kimlərinsə məsləhətinə ehtiyac duymur. Azərbaycan dövləti özü şəffaflığın, demokratiyanın seçki prosesində təmin olunması istiqamətində gərəkən bütün addımları zamanında atır. Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər həqiqətən də reallığı tam əks etdirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə