"Seçkinin nəticəsi xalqın iradəsini tam olaraq özündə əks etdirir" ÖZƏL-MÜNASİBƏT
"VI çağırış Milli Məclisə seçkilər kəskin rəqabət şəraitində, azad, sərbəst, demokratik və şəffaf keçdi. Çoxlu namizədlərin olması buna sübut idi". Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.
Deputatın sözlərinə görə, seçkinin nəticəsi xalqın iradəsini tam olaraq özündə əks etdirir: "Çoxpartiyalılıq prinsipi əsasında formalaşan parlamentə müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq qadın Milli Məclisə Sədr seçildi. Bu olduqca mühüm hadisədir. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunması ölkəmizdə siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır. Parlamentin tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament cənab Prezidentimiz İlham Əliyevin liderliyində ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB