NATO təyyarələri Müəmmər Qəddafiyə sadiq qüvvələrin üsyançıların nəzarət etdiyi şəhərə hücumunu dayandırıb. SİA-nın xəbərinə görə, NATO-nun hava zərbələri şərqi Əcdəbiyə yaxınlığında 11 hökumət tankını, Misrata şəhəri civarında isə 14 tankı məhv edib.
General-Leytenant Charles Bouchard hava zərbələrinin mülki əhalini artilleriya atəşinə tutan Qəddafi qüvvələrini susdurmaq üçün vacib olduğunu bildirib.
Üsyançıların sözçüsü polkovnik Həmid Hassi Associated Press-ə bildirib ki, hava zərbələrindən sonra Əcdəbiyə şəhərinin bombalanması dayanıb.
Bu arada Afrika İttifaqının liderləri Liviyanın uzun müddətli lideri Müəmmər Qəddafi ilə üsyançılar arasındakı siyasi böhranı həll etmək məqsədilə bu ölkəyə gəliblər.
Cənubi Afrika prezidenti Jacob Zuma Tripolidə Mavritaniya, Mali və Konqo prezidentlərinə qoşulacaq. Qrup Qəddafi ilə görüşdükdən sora üsyançıların rəhbərləri ilə görüşmək üçün Benqaziyə yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB