YAP Siyəzən rayon təşkilatının könüllüləri şəhid ailələrini ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı gənclər birliyinin könüllüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Siyəzən rayonunda bir neçə şəhid ailəsinə ziyarət təşkil etmiş və görüşlərdə onlara tər gül dəstələri və simvolik hədiyyələr təqdim etmişlər. Görüşdən məmnun qalan könüllülər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və məhəbbətlə yad edərək, bildiriblər ki, biz bugünkü firavan və rahat həyat şəraitimiz, müstəqil dövlətçiliyimiz üçün qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə daim ən yüksək diqqət və qayğı ilə yanaşmalı, onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik.
Könüllülərin nəcib aksiyasından məmnun qalan şəhid ailələri Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizi inkişafa və sabitliyə aparan uğurlu siyasətini dəstəklədiklərini bildiriblər. Bir daha bu gün münasibətilə YAP Siyəzən rayon təşkilatının aktiv gəncləri olaraq, başda şəhid ailələrinə mənsub xanımlarımız olmaqla, bütün xanımları təbrik etməyi özlərinə borc bildiklərini dilə gətiriblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB