"Azərbaycan Respublikası müsəlman dövləti içərisində qadına ən yüksək qiymət verən dövlətlərdən biridir". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərin görə, reallıqlara əsaslanaraq demək olar ki, bu gün Azərbaycan qadınına qarşı heç bir təhdid yoxdur: "Bütün ölkələrdə olduğu kimi, bizdə də məişət zəmində hüquq pozuntuları baş verir və ola bilir ki, hanısısa qadının hüquqları pozulur, lakin bunun qarşısı həmişə alınır, yəni bunun üçün güclü maarifçilik hərəkatı var, məhkəmələr var, qadın təşkilatları var, QHT-lər var və bütün bunlar problemlərin aradan qaldırılmasına yardımçı olur. Ümumiyyətlə, Azərbaycanda qadın hərəkatını, qadına qarşı zorakılıq iddiası ilə çıxış etmək əsasızdır. Əslində bunun arxasında çox ciddi məkrli planlar durur. Bir sözlə, martın 8-də feminist qadınların Bakının mərkəzi küçələrinə çıxaraq həyasız çıxışlar və çağırılar etmələri, şüarlar səsləndirmələri və milli mənəvi dəyərlərimizə zidd olan hərəkətlərə əl atmaları düzgün bir addım deyil. Heç kəs qadınların kütləvi hərəkat keçirməsinin əleyhinə deyil lakin tərbiyəsizcəsinə tərbiyəsiz şüarlar səsləndirmələri və çıxışlar etmələri ölkəmizi dünyada biabır etməyə hesablanıb. Ona görə də, bu cür hərəkətlərin qarşısı alınmalıdır. Təbii ki, bunların Qərbdə havadarları var, məhz qaynaqları da ordandır. Bu qadınlar hərəkətləri mənəviyyatımıza, ailə tərbiyəsinə, qadın adına vurulan böyük bir ləkədir. Bir sözlə, bunların qarşısı alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB