Nərimanov rayon YAP könüllü gəncləri şəhid ailələrinin evini ziyarət edib FOTOLAR
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nərimanov rayon Yeni Azərbaycan Partiyasının könüllü gəncləri rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edərək onları bayram münasibətilə təbrik ediblər. SİA-nın verdiyi məlumata görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Şükürov Elçin Siyavuş oğlunun ailəsini ziyarət edən könüllülər Azərbaycan Prezidentinin şəhid ailələrinə olan diqqətindən söz açıblar və 8 Mart bayramında Yeni Azərbaycan Partiyasının könüllülərinin şəhid analarını da unutmadıqlarını diqqətə çatdırıblar.
Daha sonra şəhid Mustafayev Şahin Şikar oğlunun, Cəfərov Bahadur Bulud oğlunun, Həsənov Asif Dadaş oğlunun və Şükürov Barat Hidayət oğlunun ailələri ziyarət edilib və şəhid analarına Nərimanov rayon YAP Gənclər Birliyinin könüllüləri tərəfindən hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB