Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayev telefon danışığı zamanı Suriya böhranını və Nazarbayevin Moskvaya gözlənilən səfərini müzakirə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, söhbət zamanı həmsöhbətlər, ikitərəfli və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən mühüm rolun təsdiq olunduğu Suriyanın nizamlanması ilə bağlı son Rusiya-Türkiyə sammitinin nəticələri barədə fikir mübadiləsi aparıblar.
Söhbətin sonunda tərəflər bu il Qazaxıstan-Rusiya siyasi təmaslarının yüksək intensivliyini məmnuniyyətlə qeyd ediblər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB