“Müxalifətdə məğlubiyyəti etiraf etmək mədəniyyəti yoxdur” RƏY-ÖZƏL
"Hər bir fəaliyyət sahəsində bir mədəniyyət olduğu kimi, seçkilərin keçirilməsində, seçkilərdə iştirakın da öz mədəniyyət norması var". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, xüsusilə, adından da bəlli olduğu kimi, bu seçkidirsə burda udmaq da var, uduzmaq da: "Qaliblik mədəniyyəti ilə yanaşı bir məğlubluq mədəniyyəti də olmalıdır və məğlub olan tərəf ya məğlubiyyətlə barışmalı, ya da həqiqətən onun məğlubiyyətinin subyektiv səbəbi olubsa, buyurub Mərkəzi Seçki Komissiyasına, yaxud əsaslı dəlillər varsa hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Necə ki, onlarla dairədən verilən şikayətlər MSK tərəfindən diqqətlə araşdırıldı, nə qədər məntəqə seçki komissiyalarının, dairə seçki komissiyalarının nəticələri ləğv edildi. Bu fakt seçkilərin obyektivliyindən, şəffaflığından, xüsusilə hakimiyyətin bu baxımdan siyasi iradəsindən xəbər verir. Görünən odur ki, müxalifətdə seçki məğlubiyyətini etiraf etmək məsdəniyyəti yoxdur. O namizədlər ki, seçkinin nəticələrindən narazı qaldığını deyir, lakin heç bir fakt ortaya qoya, iddiasını sübut edə bilmir, zəhmət çəkib nəticələrlə barışmalıdır. Yox heç bir dəlilin, sübutun olmadan, sadəcə sözdə saxtakarlıq olduğunu iddia edirsənsə, o zaman MSK hansı əsasla nəticəni ləğv etməlidir? Mənə elə gəlir ki, İlqar Məmmədov, Arif Hacılı, Bəxtiyar Hacıyev və digərlərinin hay-küyü, sadəcə cığallıqdır və ya bəzi xarici ağalarının diktəsi ilə oturub-duran siyasət dəllallarının təsiri altında olduqlarının göstəricisidir. Məqsəd Azərbaycanda demokratiyanın olmaması haqqında ermənilərin və ermənipərəst qüvvələrin cəfəng iddialarına haqq qazandırmaqdan ibarətdir. Ancaq düşünürəm ki, belə adamlar bu cür fəaliyyətlə ilk növbədə özlərinin olan-qalan siyasi nüfuzlarına zərbə vurmuş olurlar. Çünki beynəlxalq müşahidəçilər də daxil olmaqla, bütün dünya seçkilərin nəticələrini tanıyır və seçkilərin demokratik keçirildiyini təsdiq edir. Belə olduğu təqdirdə beş-on erməni düşkünlərinin əsassız hay-küyünə aldanıb, ölkədə qarışıqlıq salmaq istəmələrini xalq, o cümlədən həmin adamların seçiciləri heç də müsbət qarşılamır. Məncə, müxaliflər oturub məğlubiyyətlərinin səbəblərini araşdırmalı, gələcək seçkilərdə müvəffəqiyyət qazanmaq üçün yeni taktika haqqında düşüncələrdi daha yaxşı olardı. Bu, onlara daha çox divident gətirər, nəinki küçələrdə, meydanlarda boşboğazlıq etmək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB