“DQR”in saxta “siyai fiqurlarına” 5 illik qadağa qoyuldu RUSİYAYA GİRİŞ YASAĞI!
“Dünən gec satlarda biz rəsmi təsdiq, ya da əks cavab ala bilmədik. Bizim mənbə xəbər verib ki, Rusiya hakimiyyəti Masis Mailyanın və Samvel Babayanın həmin ölkəyə daxil olmalarına 5 il qadağa qoyub”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Qərar siyasi, hətta hüquqi arzumentlər əsasında verilib. Biz yazılı müraciət etmişik və informasiya əldə edən kimi onu dərc edəcəyik”, deyə adıçəkilən erməni nəşri yazır.
Xatırladaq ki, Masis Mailyan və Samvel Babayan işğal olunmuş Qarabağda yaradılmış və heç bir dünya ölkələri tərəfindən tanınmamış “DQR”in “siyasi firuqlarıdırlar”. Belə ki, Mailyan “DQR”-in “prezidentliyinə” namizəd olmaqla yanaşı, 2017-ci ildən saxta “respublikanın” dırnaqrarası xarici işlər naziridir.
Samvel Babayan isə birinci Qarabağ müharibəsiu dövründə əlini soydaşlarımızın qanına ən çox bulaşdırmış erməni komandirlərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB