“Əli Kərimlinin təxribatlarının arxasında xarici qüvvələr dayanır” RƏY-ÖZƏL

“Əli Kərimlinin təxribatlarının arxasında xarici qüvvələr dayanır” RƏY-ÖZƏL

"Hər bir dövlət özünün stabilliyini qoruyub saxlamalıdır". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bunun üçün də ictimai-siyasi sabitliyin qorunması vacib bir şərtdir: "Əgər biz belə bir sabitlik yarada bilməsəydik, bizim iqtisadi inkişafımız olmazdı, bu qədər inkişaf edə bilməzdik. Yəni Azərbaycan dövləti gücü inkişafı ilə dünya dövlətləri arasında öz hörmətini qazanmış və sözünü demiş bir dövlətdir. Belə bir dönəm də durub ictimai siyasi sabitliyin pozulmasına yönəlik çıxışlar etmək düzgün deyil. Əli Kərimlinin təxribatlarının arxasında xarici qüvvələr dayanır. Ümumiyyətlə, xalq artıq ağı qaradan seçə bilir. Ə.Kərimli kimi şəxslərin kim olduğunu onların özlərindən də yaxşı bilir. Bir sözlə, onların heç vaxtı məkrli planları baş tutmayacaq. Onlar hakimiyyətə gələk üçün özlərinin dediyi kimi, hətta şeytanla da əməkdaşlıq etməyə hazırdırlar. Amma heç vaxt istəklərinə nail ola bilməyəcəklər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə